XƏBƏRLƏR

“Hepatitlər" mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbir çərçivəsində virus hepatitlərinin (A, B, C, D və E) etiologiyası, epidemiologiyası, yoluxma mexanizmləri və risk qrupları haqqında geniş məlumat verilib. Xüsusilə hepatit B və C infeksiyalarının ictimai səhiyyə baxımından aktuallığı, erkən diaqnostikanın əhəmiyyəti vəskrininq proqramlarının rolu vurğulanıb.

Seminarda laborator diaqnostika üsulları, seroloji və molekulyar-genetik testlərin tətbiqi, müasirantiviral terapiya prinsipləri, həmçinin xəstələrin dinamik müşahidəsi və profilaktik tədbirlərbarədə elmi əsaslandırılmış məlumatlar təqdim olunub.

Eyni zamanda infeksiyaya nəzarət tədbirləri, vaksinasiya strategiyaları və səhiyyə işçilərininpeşə təhlükəsizliyi məsələləri müzakirə edilmiş, tələbələrin sualları ətraflı cavablandırılmışdır.

Seminar iştirakçıların nəzəri biliklərinin dərinləşdirilməsinə və klinik yanaşmalarıntəkmilləşdirilməsinə mühüm töhfə verib.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az